“Tottenhem”in baş məşqçisi məyus olub

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandasının İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal”a qarşı oyunundakı çıxışından danışıb.

Komanda.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, avstraliyalı çalışdırıcı məyus olduğunu bildirib:

“Kifayət qədər yaxşı deyildik, xüsusən də, birinci hissədə. Biz çox passiv idik və “Arsenal”a oyuna nəzarət etməyə imkan verdik. İstər topla, istərsə də topsuz onlara tempi diqtə etməyə icazə verməyimizdən həqiqətən məyus oldum. İkinci hissə bir az daha yaxşı idi, ancaq hələ də kifayət qədər deyil”.

“Tottenhem” bu oyunda 1:2 hesabı ilə məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button