Klub prezidenti koronavirusla mübarizə üçün könüllü oldu: xəstəxanada çalışacaq
Portuqaliyanın “Sportinq” klubunun prezidenti Frederiko Varandas koronavirus pandemiyası ilə mübarizəyə dəstək olmaq üçün könüllü olub.
Komanda.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb. Varandas, Portuqaliyanın hərbi xəstəxanasında həkim olaraq işləyəcək. Varandas, könüllü olmasıyla bağlı bunları deyib:
“Portuqaliya və portuqaliyalılar üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Bu, mənim vəzifəmdir”.
Varandas daha əvvəl “Sportinq”də həkim olaraq çalışırdı. 40 yaşlı funksioner 2018-ci ilin sentyabrından Lissabon klubunun prezidentidir. Onun əsl peşəsi həkimlikdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin