“Beşiktaş” istədi, “Sportinq” aldı
Portuqaliyanın “Sportinq” klubu heyətini yeni futbolçuyla gücləndirib.
Komanda.az xəbər verir ki, Lissabon təmsilçisi “Slovan” klubundan Andraj Şporarı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı hücumçu ilə müqavilə 2024-cü ilin yayına qədər nəzərdə tutulub.
“Sportinq” Şporar üçün “Slovan”a 2,5 milyon avro ödəyib.
Sloveniya millisinin də formasını geyinən Şporarın adı bir müddət əvvəl Türkiyənin “Beşiktaş” klubu ilə hallanırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin