Hakimi təhqir edən baş məşqçi 21 oyunluq cəzalandı!
Portuqaliyanın “Portu” komandasının baş məşqçisi Serjio Konseysao cəzalanıb.
Komanda.az xəbər verir ki, Portuqaliya Premyer Liqasının 29-cu turunun “Moreyrense” ilə matçında baş hakimi təhqir edən 46 yaşlı mütəxəssis 21 oyunluq diskvalifikasiya olunub. Konseysao bundan başqa, 10 min avro də cərimə ödəyəcək.
“Moreyrense” – “Portu” matçı 1:1 hesabıyla bitib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin