“Çelsi”nin dəyəri 700 milyon avrodur, lakin meydanda mübarizə aparan pul deyil”
Portuqaliyanın “Portu” klubunun futbolçusu Pepe Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 38 yaşlı müdafiəçi, komandada yaxşı atmosfer olduğunu deyib:
“Çelsi” ilə iki oyunumuz olacaq. Bunu diqqətdə saxlayaraq, oynamalıyıq. Komandamızın vəziyyəti çox yaxşıdır. “Çelsi”nin nələri bacaracağını yaxşı bilirik. Komandamızda möhtəşəm atmosfer var.
“Çelsi” güclü futbolçulardan ibarət böyük komandadır. Onlara hörmət edirik. “Çelsi”nin dəyəri 700 milyon avrodur, lakin meydanda mübarizə aparan pul deyil”.
Bu gün keçiriləcək “Portu” – “Çelsi” matçı saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin