Kolumbiya millisinin üzvü “Portu”da – Rəsmi
Portuqaliyanın “Portu” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Portuqaliya təmsilçisi “Amerika” klubunun üzvü Mateus Uribeni transfer edib. Bu barədə Meksika təmsilçisinin rəsmi saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi ilə olan razılaşmanın detalları açıqlanmayıb.
Portuqaliya mətbuatının yazdığına görə, “Portu” bu transferə görə 9 milyon avrosundan keçib.
Uribe “Amerika”da 2017-ci ildən çıxış edirdi. O, 20 dəfə formasını geyindiyi Kolumbiya millisində 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin