“Portu”da yeni müqavilə – adı “Milan”la hallanırdı
Portuqaliyanın “Portu” klubu futbolçusu Otavio ilə yeni müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
Otavio 2014-cü ildən “Portu”da çıxış edir. Braziliyalı futbolçu Portuqaliya klubunda 177 oyuna çıxıb, 19 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
Otavionun adı “Milan”la hallanırdı. Yarımmüdafiəçinin mövsümün sonunda azad agent kimi A Seriyası klubuna keçəcəyi iddia olunurdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin