“Portu” baş məşqçisi ilə müqavilənin müddətini artırdı

Portuqaliyanın “Portu” klubu baş məşqçi Serjio Konseysaonun müqaviləsinin müddətini artırıb.

Komanda.az xəbər verir ki, 46 yaşlı mütəxəssislə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Konseysao 2017-ci ilin yayından “Portu”nu çalışdırır. Onun rəhbərlik etdiyi kollektiv Portuqaliya çempionatında son mövsümü 2-ci sırada bitirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button