
5 aylıq baş məşqçi – Qovuldu!
Portuqaliyanın “Braqa” klubu baş məşqçisi Rikardo Sa Pintuyla yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Sa Pintuyla müqaviləyə xitam verilib.
47 yaşlı mütəxəssis 2019-cu ilin avqustunda “Braqa” ilə 2 illik müqavilə imzalamışdı.
Avropa Liqasında pley-off mərhələsinə yüksələn “Braqa”, Portuqaliya çempionatında 14 turdan sonra 10-cu sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin