“Benfika”nın prezidenti həbs olundu
Portuqaliyanın “Benfika” klubunun prezidenti Luiş Filipe Vieyra həbs olunub.
Komanda.az xəbər verir ki, 72 yaşlı funksioner vəzifədən sui-istifadə, fırıldaqçılıq və “çirkli pullar”ın yuyulmasında ittiham olunur. Bu barədə Portuqaliyanın “Publico” nəşri məlumat yayıb. Luişlə yanaşı, onun oğlu Tyaqo Vieyra, sahibkar Xose dos Santos və idman meneceri Bruno Maçeda da həbs olunub.
“Benfika” ötən mövsümü Portuqaliya çempionatında 3-cü sırada bitirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin