Müqaviləsini ləğv etmədi, əvəzedici komandaya göndərildi
Portuqaliyanın “Benfika” klubunda yarımmüdafiəçi Andreas Samaris əvəzedici komandaya göndərilib.
Komanda.az xəbər verir ki, 32 yaşlı futbolçu klubla müqaviləsini ləğv etmək istəmədiyi üçün ikinci komandaya göndərilib. Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.
“Benfika” maliyyə problemlərinə görə yunan futbolçunu klubdan göndərmək istəsə də, Samaris bununla razılaşmayıb. Portuqaliya təmsilçisinin baş məşqçisi Jorje Jezus yunan futbolçunu bu qərarından sonra əvəzedici komandaya göndərib.
2014-cü ilin yayından “Benfika”da çıxış edən Samaris Yunanıstan milli komandasının da üzvüdür. Onun klubla müqaviləsi 2023-cü ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin