Koşta Portuqaliya klubu ilə danışıq aparır
Portuqaliyanın “Benfika” klubu heyətini yeni hücumçu ilə gücləndirmək niyyətindədir.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, Lissabon təmsilçisi hazırda azad agent olan Dieqo Koştanı heyətinə qatmaq istəyir. Xəbərdə, tərəflər arasında danışıqların getdiyi bildirilib.
Dieqo Koştanın son klubu İspaniya “Atletiko”su olub. Braziliya əsilli ispaniyalı hücumçu 2020-ci ilin dekabrından klubsuzdur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin