Portuqaliya millisinin üzvü üçün 100 milyonluq maddə
Portuqaliyanın “Benfika” klubu futbolçusu Ruben Diasın müqaviləsinin müddətini artırıb.
Komanda.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalanıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Diasın müqaviləsinə 100 milyon avroluq sərbəstqalma maddəsi də əlavə olunub. Müdafiəçi bu mövsüm “Benfika”da bütün turnirlər daxil olmaqla 18 oyuna çıxıb.
“Benfika”nın yetirməsi olan Dias Portuqaliya millisinə də dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin