Portuqaliyalı qapıçı ÇL-də yeni rekorda imza atdı
Portuqaliyanın “Portu” komandasının qapıçısı Dioqo Kosta UEFA Çempionlar Liqasının tarixinə düşüb.
Komanda.az xəbər verir ki, 23 yaşlı qolkiper buna ÇL-in qrup mərhələsinin 5-ci turu çərçivəsində Belçikada “Brügge”ni 4:0 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
Bu qarşılaşmada Noa Lanqın penaltisini dəf edən Kosta, qitənin bir nömrəli klub turnirində bir mövsümdə 3 penaltini qaytaran ilk qapıçıya çevrilib.
Xatırladaq ki, “Portu”nun yetirməsi olan portuqaliyalı qolkiper 2019-cu ildən əsas komandada çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin