“Barselona” və “Atletiko”nun hədəfindədir – PSJ-nin futbolçusu

PSJ-nin yarımmüdafiəçisi Danilo Pereyra Avropanın iki aparıcı klubunun maraq dairəsindədir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı oyunçunu “Barselona” və “Atletiko” heyətinə qatmaq istəyir.

Danilo 2021-ci ilin yayından PSJ-nin oyunçusudur. Tərəflər arasında mövcud müqavilə 2025-ci ilin iyunun sonunda başa çatacaq.

32 yaşlı futbolçu ötən mövsüm Fransa çempionatında 26 matçda iştirak edib, 2 sarı vərəqə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button