Portuqaliyalı “Neftçi” ilə vidalaşdı

“Neftçi”ni yay fasiləsində tərk edən ilk futbolçu məlum olub.

Komanda.az xəbər verir ki, portuqaliyalı futbolçu Huqo Basto paytaxt klubu ilə vidalaşıb. Bu barədə “A Bola” nəşri məlumat yayıb.

“Neftçi” ilə müqaviləsi başa çatan 29 yaşlı müdafiəçi hazırda başqa təklifləri nəzərdən keçirir.

Basto 2021-ci ildən “Neftçi”nin formasını geyinirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button