Portuqaliyalı çalışdırıcı Braziliya millisinin baş məşqçisi olmaq istəyir

“Əl-Hilal”ın baş məşqçisi Jorje Jesus Braziliya milli komandasına rəhbərlik etmək arzusundadır.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Rudi Qaletti məlumat yayıb.

Bir müddət əvvəl Braziliya millisinin “sükanı arxasına” Karlo Ançelottinin keçəcəyi gözlənilirdi. Ancaq bu keçid alınmadı. Əsas səbəblərdən biri də “Real”ın Klublararası dünya çempionatından əvvəl Ançelottini buraxmaq istəməməsi olub.

Jorje Jesus isə “Əl-Hilal”dan tezliklə ayrılacağını anlayır və bu fürsətdən istifadə edərək, beşqat dünya çempionlarına rəhbərlik etməyə can atır. Portuqaliyalı mütəxəssis hazırda Braziliya Futbol Konfederasiyasının əsas namizədlərindən biri hesab olunur. Ancaq yekun qərar hələ verilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button