Feliks üçün Premyer Liqa variantı
Joao Feliksin yay transfer pəncərəsindən sonra “Atletiko”da qalacağı ehtimalı yoxdur. Portuqaliyalı futbolçunun karyerasını harada davam etdirəcəyi hələlik bəlli deyil.
Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “Aston Villa”nı Çempionlar Liqasına hazırlayan Unay Emeri 24 yaşlı forvardı komandasında görmək istəyir. Birmingem klubu ona prioritet namizəd kimi baxır.
Feliks ötən mövsüm icarə əsasında oynadığı “Barselona”ya qayıtmağa üstünlük verir. Hücumçunun agenti Jorje Mendeş onun Kataloniya klubuna transferi üzərində fəal işləyir, lakin vəziyyət asan deyil. Belə ki, kataloniyalılr başqa oyunçulara üstünlük verirlər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin