“Bayern”lə titullar qazanmaq istəyirəm” – Yeni transfer

“Bayern”in yeni yarımmüdafiəçisi Joao Palinya “Fulhem”dən Almaniya klubuna keçidini şərh edib.

Komanda.az Münhen klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bu keçidin karyerasının ən yaxşı anlarından biri olduğunu bildirib:

“Bu, karyeramın ən yaxşı anlarından biridir. Avropanın ən güclü klublarından birində oynamaq gerçəkləşən arzudur. Mən bununla çox fəxr edirəm. “Alyanz Arena”da atmosferi hiss etməyi səbirsizliklə gözləyirəm. “Bayern”lə titullar qazanmaq istəyirəm”.

29 yaşlı futbolçunun “Bayern”lə müqaviləsi 2028-ci ilin ortalarına qədər nəzərdə tutulub.

Münhen klubu Bundesliqada ötən mövsümü 3-cü pillədə başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button