Portuqaliyalı futbolçu “Yuventus”a keçəcək

“Gimarayş”ın portuqaliyalı müdafiəçisi Alberto Kosta “Yuventus”a keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Turin klubu 12 milyon avroluq rəsmi təklif hazırlayıb ki, bu da Lissabon “Sportinq”inin tələb etdiyindən çoxdur.

Tərəflər razılığa yaxındırlar və 21 yaşlı oyunçunun özü də “Yuventus”a transferi ilə bağlı müqaviləni təsdiqləmək üzrədir.

Kosta bu mövsüm “Gimarayş”ın heyətində 20 matçda meydana çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button