Feliks Premyer Liqa klubuna keçə bilər

Portuqaliya millisinin və “Atletiko”nun hücumçusu Joao Feliks İngiltərə çempionatına keçə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə “Arsenal” maraqlanır.

Feliksin transfer dəyəri 30 milyon avro qiymətləndirilir. Onun “Atletiko” ilə müqaviləsi 2029-cu ilin iyun ayının sonuna qədərdir.

24 yaşlı forvard ötən mövsüm “Barselona”da icarə əsasında çıxış edib. O, La Liqada 30 matçda iştirak edib, 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button