Portuqaliyalı futbolçu “Atletiko”da qalmaq istəmir
Ötən mövsüm “Barselona”da icarə əsasında çıxış edən Joao Feliks “Atletiko”ya qayıdıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Madridə gəlib, lakin əsas komanda ilə yox, fərdi məşq edəcək. Onun klubda qalma şansı yoxdur. Belə ki, hər iki tərəf əməkdaşlığa son qoymaqda maraqlıdır.
24 yaşlı yarımmüdafiəçi dəfələrlə “Atletiko”da oynamaq istəmədiyini açıqlayıb.
Feliks ötən mövsüm “Barselona”nın heyətində 54 dəfə meydana çıxıb, 13 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin