Portuqaliyada Ronaldo həyəcanı: Durumuna aydınlıq gəldi
Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo AÇ-2020-nin seçmə mərhələsində Serbiyaya qarşı keçirilən oyunda zədələnib.
Komanda.az xəbər verir ki, qarşılaşmanın 31-ci dəqiqəsində meydanı tərk edən hücumçunun durumuna aydınlıq gəlib. Portuqaliyanın Serbiya ilə qollu bərabərə qaldığı (1:1) oyundan sonra açıqlama verən Ronaldo, iki həftə sonra yaşıl meydanlara qayıdacağını deyib:
“Narahat olmağa lüzum yoxdur. Bədənimi tanıyıram və iki həftə sonra yaşıl meydanlara qayıdacam”.
Portuqaliya millisi AÇ-2020-nin seçmə mərhələsində keçiridiyi iki oyundan heç-heçə ilə ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin