Portuqaliya yığmasının Azərbaycan millisi ilə oyun üçün heyəti bəlli oldu
Futbol üzrə Portuqaliya millisinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Serbiya, Azərbaycan və Lüksemburqa qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Komanda.az xəbər verir ki, baş məşqçi Fernando Santos 25 futbolçuya dəvət göndərib.
Heyətdə 3 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi və 6 hücumçu yer alıb:
Qapıçılar: Antoni Lopes (“Olimpik”, Lion, Fransa), Rui Patrisio (“Vulverhempton”, İngiltərə), Rui Silva (“Qranada”, İspaniya);
Müdafiəçilər: Juan Kanselo (“Mançester Siti”, İngiltərə) Sedrik Suares (“Arsenal”, İngiltərə), Dominqos Duarte (“Qranada”, İspaniya), Pepe (“Portu”), Joze Fonte (“Lill”, Fransa), Ruben Dias (“Mançester Siti”, İngiltərə), Rafael Gerreyro (“Borussiya”, Dortmund, Almaniya), Nuno Mendes (“Sportinq”);
Yarımmüdafiəçilər: Danilo Pereyra (PSJ, Fransa), Juan Palinya (“Sportinq”), Ruben Neves, Joau Moutinyo (hər ikisi “Vulverhempton”, İngiltərə), Bruno Fernandes (“Mançester Yunayted”, İngiltərə), Renato Sançes (“Lill”, Fransa) Serjio Oliveyra (“Portu”), Bernardo Silva (“Mançester Siti”, İngiltərə);
Hücumçular: Pedro Neto (“Vulverhempton”, İngiltərə), Dioqo Jota (“Liverpul”, İngiltərə), Kristiano Ronaldo (“Yuventus”, İtaliya), Rafa Silva (“Benfika”), Juan Feliks (“Atletiko”, Madrid, İspaniya), Andre Silva (“Ayntraxt”, Almaniya);
Portuqaliya yığması Azərbaycan millisi ilə martın 24-də İtaliyada qarşılaşacaq. Turindəki “Yuventus” stadionunda keçiriləcək matça Bakı vaxtı ilə saat 23:45-də start veriləcək. Bundan üç gün sonra Belqradda Serbiya yığmasının qonağı olacaq Portuqaliya yığmasını martın 30-da Lüksemburqla da səfər oyunu gözləyir.
Bizi Facebook-da izləyin