“Portuqaliyalılar və media Azərbaycanla oyunda fərqli nəticə gözləyirdi” – Silva

Portuqaliya yığmasının futbolçusu Bernardo Silva DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşacaqları matçdan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Komanda.az Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi, ilk turda Azərbaycanı məğlub etdikləri görüşlə də bağlı danışıb:

“Portuqaliyalılar və media Azərbaycanla oyunda fərqli nəticə gözləyirdi. Bu komanda hər zaman qələbə qazanmaq üçün çalışır. Artıq ilk oyun geridə qalıb”.

Portuqaliya ilk turda Azərbaycanı məğlub edib – 1:0. Serbiya ilə matç isə bu gün saat 23:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button