Fernando Santos: “Nəzəri olaraq, Azərbaycanla qarşılaşma asan idi, lakin…”
Portuqaliya yığmasının baş məşqçisi Fernando Santosun DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə qarşılaşacaqları matçdan əvvəl mətbuat konfransı keçirilib.
Komanda.az Portuqaliya Futbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Santos, ilk turda Azərbaycanı məğlub etdikləri görüşlə də bağlı danışıb:
“Qrupun ən çətin matçı Serbiya ilədir? Bilmirəm. Nəzəri olaraq, Azərbaycanla qarşılaşma asan idi, lakin belə olmadı. Əsas olan nəticədir.
Serbiya DÇ-2022-yə qatılmaq istəyir. Həm hücumda, həm də müdafiədə necə oynamaq lazım olduğunu yaxşı bilirlər. Hücum etməyə, qol vurmağa istəkli iki komanda qarşılaşacaq. Futbolçularıma inanıram”.
Portuqaliya ilk turda Azərbaycanı məğlub edib – 1:0. Serbiya ilə matç isə bu gün saat 23:45-də start ötürəcək.
Bizi Facebook-da izləyin