Portuqaliya yığmasında daha bir itki
Futbol üzrə Portuqaliya yığması daha bir ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Fransanın “Lill” klubunun formasını geyinən yarımmüdafiəçi Renato Sançes fiziki testlərdən keçərkən tam hazır olmadığı üzə çıxıb.
Bu barədə Portuqaliya Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Bu üzdən də 23 yaşlı futbolçu millinin heyətindən çıxarılıb.
Portuqaliya yığmasını UEFA Millətlər Liqasında sentyabrın 5-də Xorvatiya, 8-də isə İsveçlə oyunları gözləyir. Sözügedən komandanın kapitanı Kristiano Ronaldo da ayağındakı problemlə əlaqədar bu matçlarda iştirak edə bilməyəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin