Ronaldonun son durumu bilindi

Portuqaliya millisinin Xorvatiya ilə oyununu buraxan Kriştiano Ronaldonun son durumu məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Portuqaliya yığmasının baş məşqçisi Fernando Santos 35 yaşlı hücumçunun İsveçlə matçda meydanda olacağını deyib:

“Ronaldo artıq məşlərə başlayıb. Özünü yaxşı hiss edir və İsveçlə matçda iştirak edəcək”.

Ronaldo məşqdə ayağından arı vurduğu üçün Xorvatiya ilə oyuna çıxmamışdı. Portuqaliya millisi xorvatları 4:1 hesabıyla məğlub edib.

Portuqaliya millisi UEFA Millətlər Liqasının 2-ci turunda sentyabrın 8-də səfərdə İsveçlə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button