Portuqaliya millisinin üzvü Premyer Liqa klubunda
İngiltərənin “Fulhem” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Lissabon “Sportinq”inin yarımmüdafiəçisi Joao Palinyanı transfer edib.
Bu barədə “bağbanlar”ın mətbuat xidməti məlumat yayıb.
Portuqaliya millisinin 26 yaşlı futbolçusu ilə klub arasında 5+1 illik müqavilə imzalanıb. “Fulhem”in bu transfer üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin