Portuqaliya millisinin üzvü “Monako” ilə müqavilə bağladı
“Monako” gənclərdən ibarət Portuqaliya millisinin üzvü Amilkar Silvayla rəsmi müqavilə imzalayıb.
Komanda.az xəbər verir ki, Liqa 1 təmsilçisi yetirməsi olan 19 yaşlı müdafiəçiylə müddəti 2022-ci ilə qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu, Amilkarın ilk peşəkar müqaviləsidir.
Silva “Monako”nun gənclərdən ibarət komandasında çıxış edirdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin