Portuqaliya millisinin üzvü koronavirusa yoluxdu
“Lion” klubunun və Portuqaliya millisinin futbolçusu Antoni Lopes koronavirusa yoluxub.
Komanda.az xəbər verir ki, millinin düşərgəsində olan qapıçının koronavirus testi pozitiv nəticələnib. Onun millidən kənarlaşdırıldığı bildirilir. Yığmanın digər üzvlərində koronavirus aşkarlanmayıb.
Portuqaliya millisi UEFA Millətlər Liqası çərçivəsində oktyabrın 11-də Fransa, üç gün sonra isə İsveçlə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin