Portuqaliya millisinin üzvü Bundesliqada klubunu dəyişdi

Almaniyanın “Leypsiq” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi Frankfurt “Ayntraxt”ının hücumçusu Andre Silvanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliyalı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, Andre Silva 2019-cu ildən “Ayntaxt”ın uğurları üçün çalışırdı. 25 yaşlı hücumçu geridə qalan iki mövsüm ərzində bu komandanın heyətində 71 matçda 45 qola imza atıb.

Portuqaliya millisinin üzvü daha öncə “Sevilya”, “Milan” və yetirməsi olduğu “Portu” komandalarında da oynayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button