Portuqaliya millisinin üzvü Bundesliqada klubunu dəyişdi
Almaniyanın “Şalke” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Ayntraxt”ın və Portuqaliya yığmasının hücumçusu Qonsalo Pasiensiyanı heyətinə qatıb.
26 yaşlı futbolçu Frankfurt təmsilçisindən bir illik icarəyə götürülüb. O, yeni komandasında 18 nömrəli formanı geyinəcək.
“Portu”nun yetirməsi olan Pasiensiya 2018-ci ildə “Ayntraxt”a transfer olunub. Lakin tez-tez zədələrlə üzləşən futbolçu bu komandada möhkəmlənə bilməyib. Hücumçu “Portu”da olarkən icarə əsasında “Akademika”, “Olimpiakos”, “Rio Ave” və “Vitoriya Setubal”da icarədə də oynayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin