Portuqaliya millisinin hücumçusu rəsmən “Yuventus”da

Portuqaliya millisinin hücumçusu Fransisko Konseysao bu mövsümün sonuna kimi icarə əsasında “Yuventus”a keçib.

Komanda.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Daha əvvəl mətbuatda “Portu”dan icarəyə götürülən futbolçunun müqaviləsində məcburi alınması variantının olmadığı bildirilirdi. 21 yaşlı forvardın Portuqaliya komandası ilə müqaviləsi 2029-cu ilin yayına kimi nəzərdə tutulub.

Konseysao ötən mövsüm bütün yarışlarda 43 oyunda iştirak edib, 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button