Ronaldo: “İrlandiyada oynamaq hər zaman çətin olur”
Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində İrlandiyaya qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu, 0:0 hesabıyla bitən matçla bağlı “instaqram” hesabında bunları qeyd edib:
“İrlandiyada oynamaq hər zaman çətin olur. Qazanılan hər xal bizim üçün dəyərlidir. Bazar günü, evimizdə oynayacağımız matçdan sonra DÇ-2022-yə vəsiqəni təmin edəcəyik”.
A qrupunda Azərbaycan, Lüksemburq, İrlandiya və Serbiya ilə mübarizə aparan Portuqaliya yığması 17 xalla liderdir.
Portuqaliya millisi noyabrın 14-də Serbiya ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin