Portuqaliya millisinin baş məşqçisi azarkeşlərə söz verdi
Portuqaliya millisinin baş məşqçisi Roberto Martines Avropa çempionatının 1/4 finalında Fransa ilə görüşdən əvvəl komandasına ünvanlanan tənqidlərə cavab verib.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı əla oyunçularının olduğunu bildirib:
“İnsanlar bizi nə qədər yaxından izlədiklərini tənqidlə nümayiş etdirirlər. Əla oyunçularımız var, komanda çox rəqabətlidir. Mənim işim oyunçuların mümkün qədər yaxşı çıxış etmələrini təmin etməkdir. Bunu azarkeşlərə söz verirəm!”
Portuqaliya millisi 1/8 finalda Slovakiyanı penaltilər seriyasında məğlub edib. Fransa ilə keçiriləcək qarşılaşma bu gün, saat 23:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin