
Portuqaliya millisi Bakıdakı dünya çempionatında qələbə qazandı
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında daha bir oyun keçirilib.
Komanda.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan günün üçüncü matçında Portuqaliya yığması Bolqarıstanla üz-üzə gəlib. D qrupunun matçı Portuqaliyanın 3:1 hesablı qələbəsi ilə bitib.
Daha əvvəl Türkiyə Macarıstanla heç-heçə edib (1:1), Fransa isə Çada qalib gəlib – 1:0. A qrupunda yer alan Azərbaycan millisi saat 20:30-da Bəhreyni sınağa çəkəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



