Portuqaliya millisi Azərbaycanla oyuna BU İTKİLƏRLƏ çıxa bilər
Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqiblərindən olan Portuqaliya yığması bəzi futbolçularının xidmətindən məhrum ola bilər.
Komanda.az xəbər verir ki, buna səbəb FİFA-nın pandemiyaya görə tətbiq etdiyi yeni qaydalar səbəb olub. Qərara əsasən, klublar məhdudlaşdırıcı tədbirlər çərçivəsində futbolçuların yığma komandalara getməsini qadağan edə bilər. Bu qərar aprel ayınadək tətbiq ediləcək.
Buna görə də, Portuqaliya seçmə mərhələnin ilk oyunlarında İngiltərə Premyer Liqasında çıxış edən futbolçularının (Bruno Fernandes, Bernardo Silva, Dioqo Jota və Rui Patrisiunun) xidmətindən məhrum ola bilər. Çünki bu futbolçular milliyə qoşulacaqları halda, geri dönüşdə karantinə alınacaqlar. Portuqaliya koronavirus pandemiyasının geniş yayıldığı ölkələrdən sayılır və “qırmızı siyahı”da yer alıb. Almaniyanın “Ayntraxt” klubunun hücumçusu Andre Silvanın da eyni səbəbdən Azərbaycan millisi ilə görüşdə oynamamaq ehtimalı böyükdür.
Portuqaliya – Azərbaycan oyunu martın 24-də, Lissabonda keçiriləcək.
Bizi Facebook-da izləyin