Bruno Alveşin yeni klubu bilindi

Portuqaliya milli komandasının və “Fənərbaxça”nın sabiq futbolçusu Bruno Alveşin yeni klubu məlum olub.

Komanda.az xəbər verir ki, 39 yaşlı müdafiəçi “Famalikan” klubuna keçib. Bu barədə Portuqaliya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Alveşlə 2 illik müqavilə imzalanıb.

Alveş karyerası ərzində Portuqaliyada “Portu”, “Farense”, “Gimaraynş”, Türkiyədə “Fənərbaxça”, Rusiyada “Zenit”, İtaliyada “Kalyari” və “Parma” kimi klublarda çıxış edib. Müdafiəçi Portuqaliya yığmasında 96 oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button