Portuqaliyalı futbolçu: “Qələbə ilə başlamaq çox vacib idi”
Portuqaliya milli komandasının müdafiəçisi Dominqos Duarte DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdikləri oyunla bağlı fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan 26 yaşlı müdafiəçi, 1:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:
“Belə oyunlar hər zaman çətin olur. Çünki bütün komanda olaraq müdafiə olunur, hücumlarımızı gözləyir, əks hücuma çıxmaq istəyirdilər. İkinci hissədə əks hücumları yaxşı qarşılaya bilmədik. Ancaq ən önəmlisi qələbə qazanmaq di.
Qələbə ilə başlamaq çox vacib idi. İndi Serbiya ilə oyunumuz var və qələbə qazanmaq istəyirik”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin