Ronaldonun yerə atdığı kapitanlıq sarğısı hərraca çıxarıldı

Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldonun Serbiya yığması ilə oyunda meydançaya atdığı kapitanlıq sarğısı hərraca çıxarılıb.

Komanda.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. Kapitanlıq sarğısını stadionun işçilərindən biri götürüb və onu hərraca çıxarıb. Satışdan əldə edilən gəlir xeyriyyə məqsədiylə istifadə olunacaq. Belə ki, gəlir onurğa əzələsi atrofiyası diaqnozu qoyulan altı aylıq Qavrilo Curveçinin müalicəsinə xərclənəcək.

Ronaldonun Serbiya ilə matçın son dəqiqəsində vurduğu top qapı xəttini keçsə də, qol olaraq qeydə alınmamışdı. 36 yaşlı hücumçu bu qərara etiraz olaraq kapitanlıq sarğısını yerə atmışdı. Serbiya – Portuqaliya matçı 2:2 hesabıyla bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button