AÇ-2020: Ronaldonun çempionluq arzusu
Portuqaliya milli komandasının futbolçusu Kriştiano Ronaldo AÇ-2020-nin qrup mərhələsinin ilk turunda Macarıstana qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Ronaldo, turnirə qələbə ilə başlamaq istədiklərini deyib:
“Futbol oynamaqdan bezməmişəm. Beş Avropa çempionatında oynayan ilk futbolçu olmaq mənim adıma yaxşı rekorddur, lakin ən vacibi yenidən Avropa çempionu olmaqdır. Gənc və potensiallı heyətimiz var. Turnirdə yaxşı nəticələr əldə edəcəyimizə inanıram və yarışa qələbə ilə başlamaq istəyirik.
Bütün diqqətim AÇ-2020-dədir. Tək düşündüyüm Macarıstanla oyunda yaxşı nəticə əldə etmək və sonda Avropa çempionu olmaqdır.
18 ildir yüksək səviyyədə oynayıram. Bu, məni narahat etmir. 18-19 yaşımda olsaydım da, eyni düşüncədə olardım. İndi 36 yaşım var, qalsam nə olacaq, getsəm nə? Bu gün mövzumuz bu deyil. Hər nə olacaqsa, yaxşı olacaq”.
Bu gün keçiriləcək Macarıstan – Portuqaliya matçı saat 20:00-da start götürəcək.
Bizi Facebook-da izləyin