“Əsas olan qələbə qazanmağı bacarmağımızdır” – Portuqaliya millisinin üzvü
Portuqaliya milli komandasının DÇ-2022-nin seçmə mərhələsində Azərbaycana qarşı keçirdiyi oyunda iştirak edərək, yığmada debüt edən Joao Palninya açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan 25 yaşlı yarımmüdafiəçi, 1:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları deyib:
“Düşünürəm ki, oyun asan keçmədi. İndiki vaxtda rahat oyunlar olmur. Belə komandalar müdafiədə çox oynayır və onlara qol vurmaq çətin olur. Komandaları adlarına görə qiymətləndirmək vərdişini tərgitməliyik. Əsas olan qələbə qazanmağı bacarmağımızdır”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin