AÇ-2020: “Paltardəyişmə otağında ağlayan futbolçular var idi”
Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos AÇ-2020-nin 1/8 final mərhələsində Belçikaya uduzduqları oyunu şərh edib.
Komanda.az xəbər verir ki, Santos, 0:1 hesabıyla bitən matçla bağlı bunları deyib:
“Paltardəyişmə otağında ağlayan futbolçular var idi. Hamımız xəyal qırıqlığı yaşayırıq. Belçika qapıya 6 zərbə endirdi, biri qol oldu. Biz 29 zərbə vurduq, ikisi dirəyə dəydi. Futbolda ədalətsizlik və ya ədalət yoxdur, qol vurmaq və vurmamaq var.
Deyəcək sözüm yoxdur. Bu turniri qazana bilərdik. Bacarıqlarımıza güvənirdik. Bir az yorğun olsaq da, özümüzü bərpa edəcək gücümüz var idi. Çox məyusuq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin