Ronaldonun kapitanlığı əlindən alınacaq? – Açıqlama

Portuqaliya milli komandasının baş məşqçisi Fernando Santos DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda hakimin səhv qərarına etiraz olaraq kapitanlıq sarğısını yerə atan Kriştiano Ronaldo ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, “Publico” nəşrinə danışan Santos, Ronaldonun yığmanın kapitanı olmağa davam edəcəyini bildirib:

“Bəli, Ronaldo kapitanımız olaraq qalır. Hər kəs Ronaldonun portuqallar üçün necə önəmli biri olduğunu bilir. O, millinin məşqçilərini, federasiyanı, komanda yoldaşlarını incitmiş olsaydı, nəsə düşünmək olardı. Ronaldo bunların heç birini etməyib. Həmin an çox məyus olmuşdu və bu, hər kəsin başına gələ bilər. Ronaldo həm meydanda, həm də meydandan kənarda bizim üçün çox önəmlidir”.

Ronaldonun Serbiya ilə matçın son dəqiqəsində vurduğu top qapı xəttini keçsə də, qol olaraq qeydə alınmamışdı. 36 yaşlı hücumçu bu qərara etiraz olaraq kapitanlıq sarğısını yerə atmışdı.

Serbiya – Portuqaliya matçı 2:2 hesabıyla bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button