Azərbaycanla oyunda debüt etdi: “Burda olmaq qürurvericidir”
Portuqaliya milli komandası DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin ilk turunda Azərbaycanla qarşılaşıb.
Komanda.az xəbər verir ki, 1:0 hesabıyla bitən görüşdə “Sportinq” klubunda çıxış edən Nuno Mendes Portuqaliya yığmasında debüt edib. 18 yaşlı sol cinah müdafiəçisi Portuqaliya mətbuatına debütü haqda fikirlərini bildirib:
“Yüksək səviyyəli futbolçularla birlikdə oynamaq gözəl hisslərdir. Çox məmnunam. Burda olmaq qürurvericidir.
Oyundan əvvəl bütün futbolçular mənə məsləhət verdi, kapitan Kriştiano Ronaldo da. Bu, mənim üçün çox vacib idi və meydanda faydasını gördüm”.
Ötən il “Sportinq”in əsas komandasında debüt edən Mendesin “transfermarkt”da dəyəri 17 milyon avrodur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin