
Portuqaliya mətbuatı “Qarabağ”ın qələbəsi haqda: “Benfika” paramparça oldu”
“Qarabağ” dünən UEFA Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazandı. Ağdamlılar 1-ci turda səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub etdilər.
Komanda.az xəbər verir ki, oyunun nəticəsi Portuqaliyada geniş rezonans doğurub.
Ölkənin nüfuzlu gündəlik qəzetlərindən olan “Publico” qeyd edib ki, matçın ilk dəqiqələrində “Benfika”nın oyunu qüsursuz görünürdüsə, “Qarabağ”ın təzyiqi altında Portuqaliya komandası paramparça oldu. Nəşr yazır ki, “Benfika” azarkeşləri öz komandalarının oyunundan açıq şəkildə narazılıqlarını bildiriblər.
“Correio da Manha” qəzeti oyun haqqında “Hesabda dönüş: “Benfika” “soyuq duş”dan sonra “Qarabağ”a məğlub oldu” başlığı ilə yazı dərc edib.
“Observador” nəşri “Qarabağ”ın qələbəsini inanılmaz adlandırıb:
“Şərq komandası geridönüşü tamamladı – beş rəqiblə əhatə olunmuş bir oyunçu xüsusi müqavimət olmadan dəqiq zərbə endirərək, hesabı 3:2 etdi”.
Bizi Facebook-da izləyin



