Portuqaliya klubundan ayrılan futbolçu Azərbaycandan təklif alıb
Son olaraq Portuqaliyanın “Farense” klubunda çıxış edən Eduardo Mança karyerasını Azərbaycanda davam etdirə bilər.
Komanda.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Azərbaycanın Premyer Liqa təmsilçilərindən biri 27 yaşlı müdafiəçi ilə maraqlanır.
Hazırda azad agent olan braziliyalı oyunçunun agenti Covanni Davila müxtəlif klublarla danışıqlar apardıqlarını söyləyib.
Mançanı Portuqaliyada “Pakuş de Ferreyra”, “Boavişta” və “Aruka”, həmçinin Fransa, Yaponiya, İsrail və Azərbaycan klubları da heyətinə cəlb etmək istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin