Portuqaliya klubu “Yuventus”un təklifini rədd edib

“Portu” Fransisko Konseysao üçün “Yuventus”un yeni təklifini rədd edib.

Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, Turin klubu portuqaliyalı vingeri 27-28 milyon avroluq məcburi satınalma şərti ilə yenidən icarəyə götürmək istəyib.

“Portu” isə 22 yaşlı futbolçunu dərhal satmaq niyyətində olduğunu bildirib.

Konseysao son mövsümdə “Yuventus”un heyətində bütün turnirlərdə 40 matçda iştirak edib, 7 qol vurub və 6 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button