Portuqaliya klubu Suares üçün 25 milyon avro ödəyəcək

Lissabon “Sportinq”i “Almeriya”nın hücumçusu Luis Suaresi 25 milyon avroya almağa razılaşıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya klubu oyunçunun gələcək satış məbləğinin 10 faizini də ödəyəcək.

Kolumbiya millisinin 27 yaşlı forvardı ötən mövsüm 41 matçda 27 qol vuraraq, Sequndanın bombardiri olub. Onun bu uğuru 63,5 milyon avro və bonuslar müqabilində “Arsenal”a keçməyə hazırlaşan Viktor Qyokereşin əvəzlənməsi kimi qiymətləndirilir.

Luis Suares əvvəllər Avropa karyerasının başladığı “Qranada”, “Saraqosa”, “Nasional” (Kolumbiya), “Ximnastik” və “Uotford”un gənclər komandasında çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button